Parquet City şirkəti İndoneziya, Hindistan, Braziliya, Kanada, Malayziya, Çin, Belarus və digər ölkələrdən ənənəvi və tropik ağac növlərindən hazırlanmış parket məhsullarını Azərbaycana idxal edir. Məhsullar həm çoxlaylı konstruksiyada, həm də massiv formada, ağacın təbii və müxtəlif rəng çalarlarında təqdim olunur.

Parket məhsullarının sifarişi zamanı istehsalçılar qarşısında ciddi tələblər qoyulur – məhsulun keyfiyyəti, Azərbaycanın iqlim şəraitinə uyğunluğu və əlverişli qiymət siyasəti əsas meyarlardır. Bu tələblərə cavab verməyən müəssisələrlə əməkdaşlıq edilməmir.

Şirkətimizin anbarlarında geniş çeşiddə və böyük həcmdə parket məhsullarının mövcudluğu, sifarişlərin operativ şəkildə yerinə yetirilməsinə imkan yaradır.

Sərgi-satış salonlarımızda 350-dən çox parket çeşidi ilə tanış ola və sizin üçün ən uyğun seçimi rahatlıqla edə bilərsiniz. Müştərilərimizə təcrübəli və mehriban komandamız xidmət göstərir.

Hal-hazırda satış salonlarımız aşağıdakı ünvanlarda fəaliyyət göstərir:
📍 Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 136
📍 Həsən Əliyev küçəsi 78A

Bizi sosial şəbəkələrdə də izləyin:
📸 Instagram | 📘 Facebook | ▶️ YouTube

Zəng Edin!