Your Dream Parquet
Cart 0

Parket Satışı

 
 

Parquet City
Parquet City” MMC dünyanın müxtəlif ölkələrindən – İndoneziya, Hindistan, Braziliya, Kanada, Malayziya, Çin, Belarus və digər ölkələrdən gətirilən yüksək keyfiyyətli parket məhsullarını Azərbaycana idxal edir. Kolleksiyamızda həm ənənəvi, həm də tropik ağac növlərindən hazırlanmış parketlər təqdim olunur.

Müştərilərimizə çoxlaylı mühəndis parketləri, massiv parketlər, eləcə də təbii ağac rəngində və müxtəlif müasir çalarlarda geniş məhsul seçimi təklif edirik. Hər bir məhsul keyfiyyəti, estetik görünüşü və uzunömürlülüyü ilə seçilir.

Parket məhsulları sifariş olunarkən istehsalçılar qarşısında yüksək keyfiyyət, Azərbaycanın iqlim şəraitinə uyğunluq və optimal qiymət siyasəti kimi ciddi tələblər irəli sürülür. Bu standartlara cavab verməyən istehsalçılarla əməkdaşlıq edilmir. Məhz buna görə təqdim etdiyimiz bütün parketlər etibarlılığı və davamlılığı ilə fərqlənir.

Böyük həcmli anbar ehtiyatımız sayəsində sifarişlər müştərilərimizə ən qısa zamanda çatdırılır və layihələr gecikmədən həyata keçirilir.

350-dən çox parket modeli bir məkanda

Sərgi-satış salonumuzda 350-dən çox parket növü ilə yaxından tanış ola, rəng, tekstura və dizayn baxımından məkanınıza ən uyğun modeli seçə bilərsiniz. Təcrübəli və peşəkar əməkdaşlarımız seçimdən quraşdırmaya qədər hər mərhələdə sizə dəstək göstərməyə hazırdır.

Arzuladığınız premium parketi “Parquet City” sərgi-satış salonundan seçin və interyerinizə uzun illər dəyər qatacaq keyfiyyəti kəşf edin.