Interra dizayn studiyası bu 150 kv.m-lik iki mərtəbəli mənzilin üslubunu “İntellektual Zəriflik” kimi xarakterizə edir. Aydın və sadə memarlıq formaları, funksional və yüksək keyfiyyətli mebel və dekor elementləri ümumi atmosferin formalaşmasına xidmət edir.
Divar və tavanların açıq rəngləri iki mərtəbəli məkanı vizual olaraq daha geniş göstərir. Otaqlar və eyvanlar arasındakı qapı çərçivələri böyüdülüb, həmçinin daha çox gün işığı daxil olması üçün sürüşkən şüşə qapılar quraşdırılıb.
Neytral tonlarda olan dekor parlaq aktsent mebellərlə zənginləşdirilib – qonaq otağında parlaq qırmızı divan və döşəmənin teksturası ilə uyğun gələn göyrüş rəngli rəflər. Pilləkənlər və məhəccərlər də döşəmə ilə harmoniyadadır və bütün interyerə təbii taxta hissi qatır.
Təvazökar, amma asketik olmayan, zərif və estetik; dekor sadəcə bəzək üçün deyil, rahatlıq və funksionallıq üçün düşünülüb.
Layihədə istifadə olunan Coswick döşəməsi: French Riviera 3 laylı Göyrüş ağacından hazırlanıb
Layihənin dizaynı: Interra Dizayn Studiyası
Döşəmə təchizatçısı: Openini
Baş memar: Dmitri Baraşko
Mənbə: Coswick







