Gözəl və uzunömürlü döşəmə yalnız keyfiyyətli parket seçimindən deyil, həm də düzgün və peşəkar quraşdırmadan başlayır. Təmir prosesində səthin hazırlanmasından parketin döşənməsinə, dəqiq ölçülərdən son toxunuşlara qədər hər bir detal yekun nəticəyə birbaşa təsir edir.
Bu layihədə Oak Herringbone – Aldea Color parketindən istifadə olunub. Herringbone düzülüşü interyerə klassik zəriflik və xüsusi ritm qazandırır, Aldea Color rəng tonu isə palıd ağacının təbii teksturasını vurğulayaraq məkanda isti və eleqant atmosfer yaradır.
Parquet City olaraq məqsədimiz sadəcə parket döşəmək deyil. Məkanın ölçülərini, interyer üslubunu və istifadə xüsusiyyətlərini nəzərə alaraq keyfiyyətli, səliqəli və uzunömürlü parket həlli yaratmağa çalışırıq. Düzgün hazırlanmış səth və peşəkar işçilik parketin həm görünüşünü, həm də uzun illər rahat istifadəsini təmin edən əsas amillərdəndir.
Təbii parketin gözəlliyi məhz detallara göstərilən diqqətlə tamamlanır. Buna görə də parket seçimindən peşəkar parket quraşdırılmasına qədər hər mərhələyə eyni məsuliyyətlə yanaşırıq.
Eviniz və ya kommersiya obyektiniz üçün premium parket və peşəkar parket quraşdırılması axtarırsınızsa, Parquet City ilə əlaqə saxlayın. Məkanınıza uyğun parketi birlikdə seçək və nəticəni peşəkarlara həvalə edin.
📍 Ağ Şəhər, Mərkəzi Bulvar küçəsi 5
📍 Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 136
📍 Həsən Əliyev küçəsi 78A
📱 +99450 805 30 30 (WhatsApp ✅)
Mənbə: parquetcity.az

