Tiamazing Akademiyası tələbələrinin bilik və praktiki təcrübəsini artırmaq məqsədilə Parquet City Showroomuna təlim səfəri təşkil etdi. Səfər çərçivəsində tələbələr parket növləri, gizli qapı sistemləri, müasir interyer dizayn həlləri və interyer materialları haqqında ətraflı və peşəkar məlumatlar əldə etdilər.
Parquet City Showroomunda nümayiş olunan məhsullar və real tətbiq nümunələri tələbələrə interyer dizaynı və tikinti sahəsində praktiki biliklərin formalaşmasına böyük töhfə verdi. Bu cür maarifləndirici səfərlər Tiamazing Akademiyasının tədris proqramının vacib hissəsidir.
Sonda göstərilən yüksək diqqət və səmimi qarşılanmaya görə Parquet City komandasına təşəkkür edirik.
Bizi sosial şəbəkələrdə də izləyin:
Instagram |
Facebook |
YouTube

